ADİU rektoru SABAH-ın müəllimləri ilə görüşüb - FOTO

ADİU rektoru SABAH-ın müəllimləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 17 oktyabr 2014 07:42 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Ədalət Muradov SABAH qruplarının müəllimləri ilə görüşüb.

Universitetdən APA-ya verilən məlumata görə, görüşdə bildirilib ki, gələcəkdə SABAH qruplarında ingilisdilli bölmələr yaradılacaq. Belə olduğu halda ADİU-ya xaricdən müəllim dəvət etmək daha asan olacaq. Bundan başqa, tələbələrin dili daha yaxşı mənimsəmələri üçün ingilisdilli ölkələrin tələbələri ilə videokonfranslar təşkil etmək şəraiti yaradılacaq.

Rektor SABAH-ın müəllimlərinin stimullaşdırılması məqsədilə gələcəkdə “TOP 10” ən yaxşı müəllim layihəsinin keçiriləcəyini bildirib. Tələbələrin imtahan cavablarına əsasən SABAH müəllimlərinin reytinq cədvəli tərtib olunacaq.

Görüşün sonunda rektor dərslərin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəllimlərlə fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR