DəmirBank-ın “Şimşək” sistemi vasitəsilə ölkədaxili pul vəsaitini komissiyasız şəkildə köçürmək mümkündür. Belə ki, 5-9 sentyabr 2016-cı il tarixlərində DəmirBank-ın region filiallarından Bakı şəhər filiallarına “Şimşək” pul köçürmə sistemi vasitəsi ilə 3000 AZN/USD/EUR-dək və Bank-ın Bakı şəhər filiallarından region filiallarına 1000 AZN/USD/EUR-dək pul köçürən müştərilərdən heç bir kömissiya haqqı tutulmur.
Köçürmələr manat, ABŞ dolları və ya Avro ilə aparıla bilər. “Şimşək” pul köçürməsində maksimal məbləğ 100 min AZN/USD/EUR-dur.
DəmirBank əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank beynəlxalq pul köçürmələrini Zolotaya Korona, Western Union, Blizko, PrivatMoney, UPT, Leader, Forsaj sistemləri ilə həyata keçirir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149