Gəncə sakini zəhərlənib

Gəncə sakini zəhərlənib
# 17 dekabr 2014 12:43 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə zəhərlənmə olub.

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1981-ci il təvəllüdlü Faiq Yusifov yuyucu vasitələrin buxarından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Tibbi yardım nəticəsində 33 yaşlı F.Yusifovun həyatını xilas etmək mümkün olub. Araşdırma zamanı məlum olub ki, zəhərlənən şəxs yaşadığı evdə avtomobilinin təkərlərini təmizləyən zaman ehtiyatsızlıqdan yuyucu maddələrin buxarından zəhərlənib.

F.Yusifovun səhhətinin normal olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR