Vəfa Cümşüdlü: “Qubad İbadoğlu və onu dəstəkləyən bəzi şəxslər Müsavatın nüfuzuna xələl gətirir”

Vəfa Cümşüdlü: “Qubad İbadoğlu və onu dəstəkləyən bəzi şəxslər Müsavatın nüfuzuna xələl gətirir”
# 20 noyabr 2014 11:57 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının üzvü Vəfa Cümşüdlü deyib.

O, partiyanın sabiq başqanı İsa Qəmbərin Müsavatdakı prosesləri hakimiyyətlə partiyanın savaşı kimi qiymətləndirməsinə münasibət bildirib. Onun sözlərinə görə, İ. Qəmbər Məclisin toplantısında da Qubad İbadoğlu və onu dəstəkləyən bəzi şəxslərin mətbuatda, sosial şəbəkələrdə həqiqəti əks etdirməyən fikirlərinə münasibət bildirib və hər kəsi baş verənlərdən nəticə çıxarmağa səsləsə də, qarşı tərəf qurultay məsələsini daim gündəmdə saxlamaqda maraqlıdır: “Sözsüz ki, bu da partiyanın nüfuzuna xələl gətirir və cəmiyyətdə birmənalı qarşılanmır. Odur ki, İsa Qəmbər baş verənlərə münasibətini bir cümlə ilə ifadə etdi. Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin bizə əmanətidir və onun məsuliyyətini hər bir müsavatçı dərk etməlidir”.

V. Cümşüdlü Müsavatı İsa Qəmbərin idarə etməsi barədə deyilən fikirləri isə absurd adlandırıb: “Partiyanı İsa Qəmbərin idarə etməsi barədə fikrə gəldikdə, bunlar kökündən yanlış məlumatdır. İsa Qəmbər heç vaxt kiminsə fəaliyyətinə müdaxilə etməyib. Partiyanın başqanı, Divanı və Məclisində təmsil olunanlar mübarizə yolunu keçmiş, siyasi təcrübəsi və təşkilatçılıq qabiliyyəti olan insanlardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR