Bakıda atın vurduğu uşağın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Bakıda atın vurduğu uşağın şəxsiyyəti məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 23 iyul 2014 15:48 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində, 11 saylı Xüsusi internat məktəbin qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Ağarza Əlihəsən oğlu Məmmədov sahibi məlum olmayan atı minmək istəyərkən at onu vurub.

***

saat 17.12

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, bu gün saat 16.50 radələrində Maştağa qəsəbəsindən şəxsiyyəti məlum olmayan 8-10 yaşlarında oğlan uşağı bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisə şahidlərinin bildirdiyinə görə, Maştağa qəsəbəsində yolun kənarı ilə hərəkət edən uşağı at vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR