Gəncə Avtomobil Zavodu 2015-ci il üçün planlarını açıqlayıb

Gəncə Avtomobil Zavodu 2015-ci il üçün planlarını açıqlayıb
# 09 iyun 2015 09:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Gəncə Avtomobil Zavodu 2015-ci il üçün planlarını açıqlayıb.

APA-Economics”in xəbərinə görə, zavodun direktoru Xanlar Fətiyev deyib ki, müəssisə üçün innovasiya və inkişaf prioritet olaraq qalır.

Gəncə Avtomobil Zavodu ilə əməkdaşlıqda maraqlı olan şirkətlərin olduğunu deyən X. Fətiyev bildirib ki, zavod yeni imkanlar və layihələr axtarışındadır.

Onun sözlərinə görə, 2015-ci ildə zavodda müxtəlif modifikasiyada 1500-dən çox traktor, 1000 ədəd asma avadanlıq, 30 traktor qoşqusu, həmçinin xüsusi təyinatlı 400 nəqliyyat vasitəsi istehsal olunacaq.

Zavod direktoru əlavə edib ki, cari ildə MTZ 422 və MTZ 622 mini-traktorları və ağır yarımqoşquların istehsalı da nəzərdə tutulur: “Bundan başqa, Gəncə və Minsk Avtomobil Zavodları, eləcə də Almaniyanın “MTHaller” şirkəti ilə bağlanmış üçtərəfli müqaviləyə əsasən kommunal texnikanın istehsalı davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR