Azərbaycanda daha bir təşkilata aktivlərin idarə olunması fəaliyyəti üzrə xüsusi razılıq verilib

Azərbaycanda daha bir təşkilata aktivlərin idarə olunması fəaliyyəti üzrə xüsusi razılıq verilib
# 01 noyabr 2014 09:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Trust Asset Management” Məhdud Məsuliyyətli Cəmiyyətinə aktivlərin idarə olunması üzrə fəaliyyət ilə məşğul olmaq üçün müddətsiz yeni xüsusi razılıq (lisenziya) verilib.

Bu barədə “APA-Economics”ə komitədən bildirilib.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması fəaliyyəti üzrə 3 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR