Dövlət Gömrük Komitəsinin sədri Xızıda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Xızıda vətəndaşları qəbul edəcək
# 16 mart 2015 10:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev martın 30-da saat 11:00-da Xızı şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyinin binasında (Vüsaqi küç. 28) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitənin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Xızı, Sumqayıt, Abşeron və Qobustan rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar martın 29-u saat 11:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR