MSK sədri rusiyalı həmkarı ilə görüşüb

MSK sədri rusiyalı həmkarı ilə görüşüb
# 31 oktyabr 2015 16:43 (UTC +04:00)

Bakı - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkiləri müşahidə etmək üçün Azərbaycanda səfərdə olan rusiyalı həmkarı Vladimir Çurovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, M. Pənahov əlaqələri ilbəil genişlənməkdə olan iki ölkənin ali seçki qurumları arasındakı sıx əməkdaşlıqdan məmnunluğunu bildirib. MSK sədri eyni zamanda vurğulayıb ki, qurumlararası münasibətlər və qarşılıqlı təcrübə mübadiləsi seçki praktikasının və seçki sisteminin inkişafında mühüm rol oynayır.

M. Pənahov qeyd edib ki, noyabrın 1-də Azərbaycan seçicilərinin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb.

V. Çurov seçkilərin müşahidəsi üçün dəvətə görə təşəkkürünü bildirib.

Görüşdə qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR