Özbəkistan dövlət başçısı Azərbaycan prezidentini təbrik edib

Özbəkistan dövlət başçısı Azərbaycan prezidentini təbrik edib
# 25 may 2015 13:06 (UTC +04:00)

Bakı – APA. Özbəkistan prezidenti İslam Kərimov Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, İ. Kərimovun məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin rəhbərliyiniz ilə Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrində, xalqın rifahının təmin olunması və ölkənin beynəlxalq məkanda nüfuzunun möhkəmlənməsi istiqamətində qazanılan sanballı uğurlar Özbəkistanda böyük məmnunluq hissi ilə qeyd edilir.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında tarixən təşəkkül tapmış ənənəvi dostluq münasibətləri, ikitərəfli siyasi dialoqun yüksək səviyyəsi bundan sonra da qarşılıqlı hörmət və etimad prinsipləri əsasında ardıcıl inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR