“Kapital Bank” nizamnamə kapitalını artırır

“Kapital Bank” nizamnamə kapitalını artırır
# 07 iyul 2014 08:57 (UTC +04:00)

Bakı – APA-Economics. “Kapital Bank” nizamnamə kapitalını 23,9% -185 mln. 850 min manata qədər artırır.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nizamnamə kapitalının artırılması bankın səhmlərinin nominalının konvertasiyası yolu ilə həyata keçiriləcək. Səhmlərin nominalı bir qiymətli kağız üçün 10 manatdan 12,39 manata qədər artırılacaq.

Bankın nizamnamə kapitalı 15 mln. ədəd səhmə bölünüb.

Hazırda bankın nizamnamə kapitalı 150 mln. manata bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR