“İnter” səfərdə İsveç klubuna qalib gəlib

“İnter” səfərdə İsveç klubuna qalib gəlib
# 17 iyul 2014 20:01 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin mövsümdəki 2-ci rəqibi İsveçin “Elfsborq” klubu olub.

II təsnifat mərhələsinin ilk matçını da səfərdə keçirən “İnter” ötən mövsüm olduğu kimi yenə Skandinaviya səddini adlamalıdır. Onda “bankirlər” Norveç “Tromse”sini keçə bilməmişdi.

Bu dəfə isə "İnter" İsveçdə sərfəli nəticə qazana bilib. Meydana baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərliyi ilə çıxan komandamız səfərdə 1:0 hesabı ilə qalib gəlib.

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

“Elfsborq” (İsveç) – “İnter” (Azərbaycan) - 0:1

Qol: Georgiyevski, 29

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR