NATO-nun baş katibi: “Bizim suverenlik və ərazi bütövlüyünə dəstəyimiz güclüdür”

NATO-nun baş katibi: “Bizim suverenlik və ərazi bütövlüyünə dəstəyimiz güclüdür”
# 28 avqust 2015 09:46 (UTC +04:00)

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.


“NATO-nun suverenlik və ərazi bütövlüyü ilə bağlı dəstəyi güclüdür. Biz Gürcüstanın regionları olan Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər olaraq tanımırıq. Söhbət Gürcüstanın ərazi bütövlüyünün pozulmasında getdiyi üçün biz bunu həmişə qınayırıq,” - deyə Y. Stoltenberq söyləyib.

Xatırladaq ki, NATO-nun baş katibi Gürcüstanda səfərdədir. O, avqustun 27-də NATO-Gürcüstan təlim mərkəzinin açılışında iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR