Azərbaycanda internat tipli təhsil müəssisələrinin ləğvi davam edəcək

Azərbaycanda internat tipli təhsil müəssisələrinin ləğvi davam edəcək
# 04 iyun 2015 10:40 (UTC +04:00)

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, internat məktəblərinin ümumi təhsil məktəblərinə, həmçinin peşə təhsil məktəblərinə çevrilməsi ilə onların sayının azaldılması, eləcə də orada qayğı ilə əhatə olunan uşaqlara təqdim edilən təhsilin keyfiyyət və əhatəsinə görə səviyyənin yüksəldilməsi nəzərdə tutulur.

Nazirin sözlərinə görə, internat məktəblərinin ləğv olunması prosesi De-institutlaşdırma proqramı çərçivəsində nəzərdə tutulub: “Məqsəd ondan ibarətdir ki, mövcud olan internat təhsil müəssisələrində vəziyyəti ildən-ilə təkmilləşdirərkən orada tədris alan uşaqların tədricən bioloji ailələrə verilməsi, onların ümumtəhsil məktəblərinə qatılması və inklüziv təhsillə əhatə edilməsi prosesləri həyata keçirilsin. Aydın məsələdir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil prosesinə cəlb edilməsi əlavə resurslar tələb edir”.

İnternat tipli məktəblərdəki ümumi vəziyyətə gəlincə M.Cabbarov hesab edib ki, bu sahədə son illərdə dəyişikliklər müsbətə doğru davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR