Bakıda Ukrayna vətəndaşı bərabər yaşadığı qadını qətlə yetirib

Bakıda Ukrayna vətəndaşı bərabər yaşadığı qadını qətlə yetirib
# 05 may 2015 08:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycan paytaxtında qətl törədilib.

Səbail Rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA-ya verdiyi məlumata görə, hadisə Rəsul Rza küçəsi 16, mənzil 46 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, Ukrayna vətəndaşı, 1986-cı il təvəllüdlü Elnur Şahmurad oğlu Hümbətov aralarında yaranan mübahisə zəminində qeyri-rəsmi nikahda olduğu 1989-cu il təvəllüdlü İlahə Vidadi qızı Ağayevanı bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən E. Hümbətov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR