Nazirlik: İlin I yarısında 100-dən çox şəhid ailəsi birdəfəlik maddi yardımla təmin edilib

Nazirlik: İlin I yarısında 100-dən çox şəhid ailəsi birdəfəlik maddi yardımla təmin edilib
# 21 iyul 2015 13:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ayrı-ayrı ildönümlərlə əlaqədar və sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə ümumilikdə 1 064 nəfər əlilliyi olan şəxsi və 112 şəhid ailəsini birdəfəlik maddi yardımla təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, bu dövrdə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 112 nəfər 20 Yanvar şəhidinin ailəsinə, 316 nəfər 20 Yanvar əlilinə, Çernobıl AES-də baş verən qəzanın 29-cu ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərkən əlil olan 486 nəfər şəxsə birdəfəlik maddi yardım ödənilib. Həmçinin, ƏƏSMN-dəki "Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən komissiya"nın qərarları ilə sosial müdafiəyə daha çox ehtiyacı olan 262 nəfər əlilliyi olan şəxsə sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə birdəfəlik maddi yardımlar verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 nəfər və ya 20,7% çoxdur.

Eyni zamanda, həmin komissiyanın qərarları əsasında hesabat dövründə 8 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicə olunmasına köməklik göstərilməsi üçün müvafiq məbləğdə vəsait ödənilib. Habelə Səhiyyə Nazirliyinin "Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyası"nın müvafiq rəyi əsasında 12 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsi üçün nəqliyyat xərcləri nazirlik tərəfindən ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR