Avtomobil dirəyə çırpılıb, xəsarət alan var

Avtomobil dirəyə çırpılıb, xəsarət alan var
# 10 iyul 2016 00:47 (UTC +04:00)

Goranboy. Azər Məmmədli – APA. Goranboyda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səmədabad kəndinə gedən yolda qeydə alınıb. Rayonun Nadirkənd kənd sakini 1977-ci il təvəllüdlü Zaur Hüseynov idarə etdiyi “VAZ 2107” ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında olan dirəyə çırpılıb. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan sürücü Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR