Gürcüstan NATO ölkələri ilə birgə təlimlərə başlayıb

 Gürcüstan NATO ölkələri ilə birgə təlimlərə başlayıb
# 08 iyul 2015 12:44 (UTC +04:00)

Bakı. Faiq Mahmudov - APA. Gürcüstan Tbilisidən 20 kilometr aralıda yerləşən hərbi bazada NATO ölkələri birgə təlimlər keçirir.

APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, təlimlərdə Gürcüstanla yanaşı, ABŞ, Latviya, Litva, Rumıniya və Bolqarıstan da iştirak edir.

İyulun 7-də başlayan təlimlərin 2 həftə davam edəcəyi bildirilir.

Qeyd edək ki, bir müddət öncə Belarus prezidenti Aleksandr Lukaşenko NATO-nun Şərqi Avropadakı fəallığından narahatlığını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR