Bank Of Baku

İyulun 1-dən Qida Təhlükəsizliyi Agentliyi idxal olunan bitki və heyvan mənşəli qida məhsullarına nəzarət edəcək

İyulun 1-dən Qida Təhlükəsizliyi Agentliyi idxal olunan bitki və heyvan mənşəli qida məhsullarına nəzarət edəcək
# 11 may 2018 14:24 (UTC +04:00)

"İyulun 1-dən idxal olunan bitki və  heyvan mənşəli qida məhsullarına nəzarət funksiyasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək".

 

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

 

Onun sözlərinə görə, həmin məhsulların fitosanitar sertifikatları ilə təmin olunması da Agentlik tərəfindən həyata keçiriləcək.

 

O bildirib ki, idxal edilən baytarlıq preparatlarının satışı və dövriyyəsini Kənd Təsərrüfatı Nazirliyi icra edəcək: "Həmin preparatların keyfiyyətinə isə Agentlik nəzarət edəcək. Yekunda həmin məhsulların istifadəyə yararlı olub-olmaması barədə qərar qəbul ediləcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR