Qurban Yetirmişli Rusiya Təbiət Elmləri Akademiyasının üzvü seçilib - FOTO

Qurban Yetirmişli Rusiya Təbiət Elmləri Akademiyasının üzvü seçilib - <span style="color: red;">FOTO
# 05 may 2015 07:56 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli daha bir nüfuzlu elmi təşkilata üzv seçilib.

Bu barədə APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Məlumata görə, RSXM-in baş direktorun Rusiya Təbiət Elmləri Akademiyasının Yer təkinin sistemli tədqiqatlar seksiyasının xarici üzvü seçilməsi barədə qərarı bu günlərdə Bakıya səfər edən Rusiya Təbiət Elmləri Akademiyasının nümayəndəsi açıqlayıb.

AMEA nəzdində RSXM-də keçirilən toplantıda Q.Yetirmişli Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, texnika elmlər doktoru, Yer təkinin sistemli tədqiqatlar seksiyasının sədri , Elmi-sənaye, Neft və Qaz İstehsalı Proseslərinin Tədqiqatları Sistemi İnstitutunun direktoru Əzizağa Şahverdiyev tərəfindən Rusiya Təbiət Elmləri Akademiyasının fəxri diplom və medalı ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR