BƏƏ və Avropa İttifaqı arasında vizanın ləğvi ilə bağlı razılaşma imzalanıb

BƏƏ və Avropa İttifaqı arasında vizanın ləğvi ilə bağlı razılaşma imzalanıb
# 07 may 2015 14:08 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Birləşmiş Ərəb Əmirlikləri ilə Avropa İttifaqı (Aİ) arasında ikitərəfli şəkildə qısa müddətli vizanın ləğvi ilə bağlı razılaşma imzalanıb. APA-nın “Emirates News Agency”yə istinadən verdiyi məlumata görə, müqaviləni Brüsseldə BƏƏ-nin Aİ-dəki səfiri Süleyman Hamid Əl Mazrui və Latviyanın Aİ-də daimi nümayəndəsi İlze Yuhanson imzalayıb. Bununla da BƏƏ Ərəb ölkələri arasında Avropaya getmək üçün viza öhdəliyindən azad olan ilk ölkə olacaq. Razılaşma imzalandığı gündən diplomatik, xüsusi, xidməti və adi pasportları olan BƏƏ vətəndaşları 34 Aİ ölkəsinə vizasız səfər edə və 90 gün, il ərzində isə 180 gün qala biləcəklər. Süleyman Hamid Əl Mazrui imzalanma gününü BƏƏ və Aİ əlaqələri baxımından tarixi gün adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR