Azərbaycanda “Sputnik” portalı fəaliyyətə başlayıb

Azərbaycanda “Sputnik” portalı fəaliyyətə başlayıb
# 25 may 2015 11:28 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda yeni portal fəaliyyətə başlayıb.

“Sputnik” multimediya xəbər agentliyindən APA-ya verilən xəbərə görə, portal Azərbaycan və rus dillərində fəaliyyət göstərəcək. Sputnik.azru.sputnik.az ünvanlarında yerləşən resurs aktual beynəlxalq mövzulara geniş yer ayıracaq.

Azərbaycan və rus dillərində işləyəcək portal ingilis, fransız, serb, portuqal, ərəb, hind, polyak, italyan, çex, vyetnam, yapon, koreya, fars, urdu, dari, türk, puştu, kürd, isveç, norveç, danimarka, erməni, fin, alman, ispan, çin, qırğız, gürcü, moldav və abxaz dillərində fəaliyyət göstərən Sputnik informasiya resursları sırasına qoşulacaq.

Çoxqütblü dünyanın tam mənzərəsini əhatə etməklə Sputnik saytları alternativ yanaşmaların müqayisəsi ilə maraqlanan auditoriyaya hesablanıb.

Jurnalistlərin yüksək peşəkarlığı ilə yanaşı, multimediya formatlarının tətbiqi sputnik.azru.sputnik.az saytlarında yerləşdirilən məlumatların keyfiyyətini təmin edir. Sayt oxuculara müxtəlif növ kontent təklif edir: infoqrafika, video, fotoreportaj, internet-sorğu. Operativ xəbərlərdən əlavə Sputnik öz auditoriyasına təhlillər, eksklüziv müsahibələr, mütəxəssis rəyləri təqdim edir.

Sputnik (sputniknews.com) onlarla ölkədə multimediya və informasiya mərkəzləri işləyən xəbər agentliyi və radiodur, müxtəlif saytları, analoq və rəqəmsal radioyayımı, mobil əlavələri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR