Regionlarda nikaha daxil olmaq istəyən cütlüklərdən qan nümunələri götürülüb

 Regionlarda nikaha daxil olmaq istəyən cütlüklərdən qan nümunələri götürülüb
# 08 iyun 2015 09:02 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər iyunun 1-dən icra olunmağa başlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iş prosesinin təşkili, əhalinin maarifləndirilməsi, eləcə də ictimaiyyəti qanunun icrasına dair məlumatlandırmaq məqsədi ilə paytaxt Bakıda və regionlarda jurnalistlər üçün görüş təşkil olunub.

Bakı, Qusar, Mingəçevir və Cəlilabadda təşkil olunmuş turlarda, nikaha daxil olmaq istəyən cütlükdən müayinələr üçün qan nümunələri götürülüb, gələcək ailənin sağlamlığı baxımından onlarla söhbət aparılıb.

Eyni zamanda, paytaxt və regionlardakı tibb müəssisələrinin və tibbi personalın prosesə tam hazırlığı eləcə də yaradılmış şərait jurnalistlərin diqqətinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR