Təhsil Nazirliyi: Azərbaycanda yenidənhazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb

Təhsil Nazirliyi: Azərbaycanda yenidənhazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb
# 29 may 2015 14:03 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, riyaziyyat-informatika, kimya-biologiya və tarix-coğrafiya ixtisasları üzrə müəllim hazırlığına başlanılıb. Əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunmasını nəzərdə tutan “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə əmr imzalanıb. Bu il riyaziyyat və təbiət elmləri üzrə fənn olimpiadaları yeni qaydalar əsasında keçirilib. Sumqayıtda və Bakıda beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzləri yaradılıb. Azərbaycan 47-ci Beynəlxalq Kimya Olimpiadasına ev sahibliyi etmək hüququ qazanıb. Bu olimpiadada 80-ə yaxın ölkədən məktəbli iştirak edəcək.

Ümumtəhsil məktəblərində laboratoriyaların müasirləşdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən 50 ümumtəhsil məktəbinə mobil arabalar, Biochem və Physio Labdiskləri, İntel planşetləri verilib.

Təhsil Nazirliyi 2015-2016-cı tədris ilindən etibarən ilk olaraq, Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsinə başlayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2014-2015-ci tədris ilindən məktəbəhazırlıq qrupları yaradılıb. Bu qruplara cəlb olunan və 6 yaşı sentyabrın 15-dən dekabrın 31-nədək tamam olan uşaqlar ümumtəhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar. Müəllimlərin işə qəbulu nazirlik tərəfindən mərkəzləşmiş qaydada yeni sistem əsasında həyata keçirilir.

2014-2015-ci tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird bitirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR