Azərbaycanın müdafiə naziri Türliyənin ordu generalı Abdullah Rəcəblə görüşüb

Azərbaycanın müdafiə naziri Türliyənin ordu generalı Abdullah Rəcəblə görüşüb
# 19 may 2015 13:02 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Hərbi akademiyalar rəisi, ordu generalı Abdullah Rəcəbin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Zakir Həsənov Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın daim yüksələn xətt üzrə inkişaf etdiyini, strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərin gündən-günə möhkəmləndiyini vurğulayıb.

Nazir Türkiyə Hərbi Akademiyalarında təhsil alacaq zabitlərin və mütəxəssislərin sayının artırılması, Azərbaycan hərbçilərinin müxtəlif kurslara ezam olunması məsələlərinin vacibliyini qeyd edib, belə tədbirlərin planlı, kompleks şəkildə həyata keçirilməsinə dair fikirlərini bölüşüb. Bu kimi tədbirlərin hər iki qardaş ölkə üçün səmərəli olduğunu vurğulayan Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib: "Biz indi gördüyümüz bu işlərlə gələcək uğurların təməlini qoyuruq. Əlaqələrimiz inkişaf etdikcə, inanıram ki, yaxın gələcəkdə indi atdığımız müsbət addımların bəhrəsini görəcəyik".

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Səmimi qəbul üçün təşəkkürünü bildirən ordu generalı Abdullah Rəcəb ölkələrimiz arasında əlaqələrin qədim tarixi kökləri olduğunu, mehriban dostluq, qardaşlıq münasibətlərinə əsaslandığını bildirib. O, Türkiyə-Azərbaycan tərəfdaşlığının vacibliyini bir daha vurğulayıb.

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun və hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR