Litva Təhsil Elmləri Universitetində Azərbaycan günü keçirilib - FOTO

Litva Təhsil Elmləri Universitetində Azərbaycan günü keçirilib - <span style="color: red;">FOTO
# 17 aprel 2015 14:40 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Litva Təhsil Elmləri Universitetində (LTEU) ilk dəfə olaraq Azərbaycan günü keçirilib.

Mərkəzdən APA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan nümayəndələri iştirakçılara ölkəmiz haqqında məlumat verib. Litva Təhsil Elmləri Universitetində Nizami Gəncəvi adına auditoriyanın yaranması, Litvanın Azərbaycan Gəncləri təşkilatının mövcud olmasını qeyd ediblər.

LTEU-nin rektoru Algirda Qayjutis Litva və Azərbaycanın elm, təhsil və mədəni əlaqələrinin yüksək səviyyədə olduğundan bəhs edib. “Azərbaycan multikulturalizmi” fənninin Litva Pedaqoji Universitetində tədris olunduğunu vurğulayıb.

Tədbirdə Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənnini tədris edən Rafail Həsənov, həmin fənn üzrə təhsil alan tələbələr, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, LTEU-nun filologiya fakültəsinin dekanı professor Gintautas Kundrotas və digərləri çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR