Bakıda avtomobili yanan şəxs xəsarət alıb

Bakıda avtomobili yanan şəxs xəsarət alıb
# 01 may 2015 15:04 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda yağdəyişmə sexində yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda ümumi sahəsi 20 kv.m olan yağdəyişmə məntəqəsinin içərisində "Mercedes" markal minik avtomobilinin salonu yanıb. Yanğın zamanı avtomobilin sahibi əl nahiyəsindən yanıq xəsarəti alıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR