Dövlət Radiotezliklər İdarəsi regionlarda monitorinq aparır

Dövlət Radiotezliklər İdarəsi regionlarda monitorinq aparır
# 30 aprel 2015 09:29 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) regionlarda radiomonitorinq işlərinə başlayıb.

İdarədən “APA-Economics”ə verilən məlumata görə, idarənin radiomonitorinq şöbəsinin mütəxəssisləri Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində radiomonitorinq işləri aparır.

Radiomonitorinq TV və FM proqramlarının yayım vəziyyətinin araşdırılması məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR