Əlibala Hacızadənin xatirəsinə həsr edilmiş tədbir keçirilib

Əlibala Hacızadənin xatirəsinə həsr edilmiş tədbir keçirilib
# 02 oktyabr 2015 14:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Yazıçılar Birliyində Əlibala Hacızadənin 80 illiyinə həsr edilmiş tədbir keçirilib.

APA-nın məlumatına görə, xatirə tədbirində birliyin sədri, xalq yazıçısı Anar, xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı, Söhrab Tahir və başqaları iştirak edib. Anar Ə. Hacızadəni 60-cı illər nəslinin görkəmli nümayəndəsi kimi dəyərləndirib və qeyd edib ki, yazıçının əsərləri oxucular tərəfindən hər zaman maraqla qarşılanıb.

Ə. Hacızadənin qızı Asya Hacızadə atasının xatirəsinə göstərilən diqqətə görə Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR