Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində cibgirliklə məşğul olan qadın yaxalanıb. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində “28 Mall” ticarət mərkəzində cibgirliklə məşğul olan Zaqatala rayon sakini, 1984-cü il təvəllüdlü Ülkər Vaqif qızı Əzizova saxlanılıb. Araşdırmalar zamanı Ü. Əzizovanın adıçəkilən ticarət mərkəzində ardıcıl olaraq 7 nəfərə qarşı cibgirlik etdiyi məlum olub.
Hazırda polis saxlanılan qadının digər cinayətlərinin olub-olmamasını araşdırır.