Bu ilin 11 ayında Azərbaycan ərazisində 10 567 yanğın hadisəsi qeydə alınıb

Bu ilin 11 ayında Azərbaycan ərazisində 10 567 yanğın hadisəsi qeydə alınıb
# 16 dekabr 2014 12:53 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Yanğın hadisələrinin qarşısının alınması sahəsində operativlik nümayiş etdirilib”.

APA-nın məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 9-cu ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə keçirilən mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, 11 ay ərzində respublika ərazisində 10 567, paytaxt Bakıda 3076 yanğın hadisəsi qeydə alınıb.

Hər gün təxminən 32 yanğın hadisəsinə çıxış olub, hər 7 gündə 1 nəfər xilas edilib. Ümumiyyətlə, yanğınların söndürülməsi zamanı 123 dövlət obyekti, 317 özəl obyekt, 312 çoxmənzilli bina, 600 fərdi ev, 452 yardımçı tikili, 305 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub.

Nazirin sözlərinə görə, 738 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 10 min hektarlarla meşə və 502 hektara yaxın taxıl sahəsi yanğından mühafizə edilib.

K. Heydərov bildirib ki, 25 min fəhlə və qulluqçu yanğına qarşı maarifləndirilib.

66 mindən çox obyektdə yanğın-təhlükəsizlik yoxlaması aparılıb.

Əhalinin maarifləndirilməsi işləri də həyata keçirilib, 12 mindən çox evdə nöqsanlar aşkar edilib, təxirəsalınmaz tədbirlər görülməsi üçün qaz istismar idarələrinə məktublar göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR