Bolqarıstan “Cənub axını” qaz kəmərinin tikintisi üzrə bütün işləri dayandırıb

Bolqarıstan “Cənub axını” qaz kəmərinin tikintisi üzrə bütün işləri dayandırıb
# 19 avqust 2014 02:56 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin İqtisadiyyat və Energetika Nazirliyinin məlumatında bildirilib. “İqtisadiyyat və energetika naziri Vasil Şönov Bolqarıstan Enerji Holdinqinə layihə üzrə bütün işlərin dayandırılmasına dair göstəriş verib, çünki bu layihə Avropa Komissiyasının tələblərinə uyğun deyil”, deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl, avqustun 5-də, Bolqarıstan prezidenti Rosen Plevneliyev layihənin dondurulması barədə bəyanat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR