Prezident İlham Əliyev: “Gürcüstan və Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edir”

Prezident İlham Əliyev: “Gürcüstan və Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edir”
# 05 noyabr 2015 17:15 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Tiflisdə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə təkbətək və hər iki ölkənin nümayəndə heyətləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, Gürcüstan və Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edir: “Biz həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik. Bütün məsələlərdə, xüsusilə ölkələrimizin ərazi bütövlüyü məsələlərində bir-birimizə daim dəstək və arxa oluruq. Əminəm ki, hər iki ölkə gələcəkdə də bir-birinin mövqeyini daim dəstəkləyəcək. Bəyannamədə münaqişələrin həlli ilə bağlı çox dəqiq ifadələr öz əksini tapıb. Bütün münaqişələr, o cümlədən Gürcüstan və Azərbaycan ərazilərində baş vermiş münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır. Uzun illərdir ki, Azərbaycanın əzəli, tarixi torpağı - Dağlıq Qarabağ və ətrafda yerləşən yeddi rayon işğal altındadır. Əfsuslar olsun ki, bu münaqişə bu günə qədər həllini tapmayıb, baxmayaraq, bütün mötəbər beynəlxalq təşkilatlar bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qərar və qətnamələr qəbul edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR