Veteran Tofiq Ağahüseynov: “Hökumətin diqqət və qayğısından razıyıq”

Veteran Tofiq Ağahüseynov: “Hökumətin diqqət və qayğısından razıyıq”
# 16 aprel 2015 08:55 (UTC +04:00)

Bakı. Ülkər Bəkirli - APA. Bakıda “İnterfaks” agentliyinin təşkilatçılığı ilə Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə bağlı mətbuat konfransı keçirilib.


APA-nın məlumatına görə, Respublika Veteranlar Birliyi rəhbərliyinin qatıldığı tədbirdə Böyük Vətən müharibəsində qazanılan qələbənin Azərbaycanın rolundan danışılıb.

Qeyd olunub ki, müharibə zamanı 127 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 min hərbçi müxtəlif orden və medallarla təltif olunub.


Respublika Veteranlar Birliyinin sədri, general-mayor Dadaş Rzayev bildirib ki, hazırda 1342 azərbaycanlı Böyük Vətən müharibəsi veteranı yaşayır.

Veteran, general-polkovnik Tofiq Ağahüseynov isə veteranların hökumətin diqqət və qayğısından razı qaldıqlarını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR