QAT Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı beynəlxalq təşkilatlara müraciət edib

QAT Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı beynəlxalq təşkilatlara müraciət edib
# 04 noyabr 2014 12:58 (UTC +04:00)

QAT-dan APA-ya verilən məlumata görə, məktubda bildirilir ki, girov götürülən şəxslər təzyiq və işgəncələrə məruz qalır: “Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də erməni əsirliyindədir. Ermənilər onlara dəhşətli işgəncələr verir və şəkillərini də sosial şəbəkələrdə yaymaqdan çəkinmirlər . İndi də onların üzərində saxta “məhkəmə prosesi” qurublar, işgəncə verməklə onlardan istədikləri ifadələri almağa, onları diversant kimi təqdim etməyə çalışırlar”.

Müraciətdə Ermənistanın və Dağlıq Qarabağdakı qondarma rejimin növbəti dəfə beynəlxalq təşkilatların gözü qarşısında qanunsuzluq etdiyi, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğu xatırladılıb və beynəlxalq təşkilatlardan girov götürülən azərbaycanlıların geri qaytarılması istiqamətində yardım istənilib: “Siz və rəhbərlik etdiyiniz qurum isə bütün qanunsuzluğa, anti-bəşəri hərəkətlərə heç bir reaksiya vermir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə heç bir reaksiya vermədiniz, işğalın nəticələrinin aradan qaldırılması istiqamətində real addım atmadınız. Sizin seyrçi mövqedə qalmağınız Azərbaycan cəmiyyətində sizə və rəhbərlik etdiyiniz quruma qarşı etimadı heçə endirir. Xahiş edirik, məsələyə müdaxilə edəsiniz, girovların dərhal geri qaytarılması, Ermənistanın həm işğalçı hərəkətlərinə, həm girovlara qarşı törətdiyi əməllərinə görə cəzalandırılması, həm də bu məsələnin təmsil etdiyiniz qurumda müzakirəyə çıxarılması üçün təşəbbüs göstərəsiniz”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR