“Əl-Qaidə” iki girovun görüntülərini yayıb

“Əl-Qaidə” iki girovun görüntülərini yayıb
# 18 noyabr 2014 01:52 (UTC +04:00)

Bakı – APA. “Əl-Qaidə Maqrib ölkələrində” qruplaşması girov saxladığı fransalı Serj Lazareviç və Niderland vətəndaşı Sjaak Riykenin görüntülərini yayıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, girovlar video vasitəsilə hökumətlərindən kömək diləyərək onları terrorçularla danışıqlara getməyə çağırıblar.

Riykenin sözlərinə görə, kadrlar sentyabrın 26-da lentə alınıb. Fransa və Niderland vətəndaşının 2011-ci ildə girov götürüldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR