Pakistanda “Əl Qaidə”-nin beynəlxalq əlaqələndiricisi məhv edilib - FOTO

Pakistanda “Əl Qaidə”-nin beynəlxalq əlaqələndiricisi məhv edilib - <span style="color: red;">FOTO
# 06 dekabr 2014 20:47 (UTC +04:00)

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, ABŞ rəhbərliyi onun ələ keçirilməsi və ya məhv edilməsinə görə 5 mln dollar vəd etmişdi.

Qərb xüsusi xidmət orqanları Adnan aş Şükricumu Nyu York və London metrosunda, habelə Norveç dəmir yollarında partlayışlar planlaşdırmaqda şübhəli bilir.

Adnan aş Şükricum Pakistan ordusunun döyüş helikopterlərinin terrorçuların Cənu Vəziristan əyalətindəki Şinvarsak rayonunda yerləşən bazasına endirdiyi zərbələr nəticəsində məhv edilib. Onunla birlikdə 2 köməkçisi də öldürülüb.

ABŞ Federal Təhqiqatlar Bürosu 2010-cu ildə Adnan aş Şükricumun “Əl Qaidə” terror təşkilatının beynəlxalq əməliyyatlarının əlaqələndiricisi olduğunu elan edib. 39 yaşlı terrorçunun Səudiyyə Ərəbistanında dünyaya gəldiyi, Qayana vətəndaşı olduğu, uşaq və gənc yaşlarında ABŞ-da 15 il yaşadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR