Rauf Mirqədirovun şikayətləri təmin edilməyib

Rauf Mirqədirovun şikayətləri təmin edilməyib
# 09 dekabr 2014 10:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Səbail Rayon Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun qanunsuz olaraq həbsdə saxlanması və vəkilləri ilə görüşə şərait yaradılmaması barədə verilən şikayətə baxılıb.

Bu barədə APA-ya R. Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verib. Vəkil şikayətlərin təmin edilmədiyini deyib.

Qeyd edək ki, R. Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR