Ermənilərin diversiya-təxribat cəhdinin qarşısını alarkən yaralanan hərbçilərdən biri müalicə olunduğu Türkiyədən Bakıya gətirilib - FOTOSESSİYA - VİDEO

Ermənilərin diversiya-təxribat cəhdinin qarşısını alarkən yaralanan hərbçilərdən biri müalicə olunduğu Türkiyədən Bakıya gətirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 01 noyabr 2014 14:00 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Ermənistan qoşunlarının təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin qarşısını alarkən yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan hərbçilərdən biri Əsgərov Elvin Mayıl oğlu bu gün Bakıya gətirilib. APA-nın məlumatına görə, Türkiyədə müalicəsi başa çatan Elvin Əsgərovu Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Azərbaycandakı səfiri Ismayıl Alper Coşqun, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, əsgərin yaxınları qarşılayıb.

E. Əsgərov hazırda özünü yaxşı hiss etdiyini bildirib: “Türkiyədə müalicə aldım, indi özümü yaxşı hiss edirəm. Bizə diqqət göstərən hər kəsə, xüsusən prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm. Mən vətənim yolunda yaralanmışam. Bundan sonra lazım olarsa, vətənim üçün canımdan keçməyə hazıram”.

E. Əsgərov müayinələrinin Bakıda davam etdiriləcəyini açıqlayıb.

Türkiyə səfiri İsmayıl Alper Coşqun isə bunları deyib: “Azərbaycanlı qardaşımızın müalicə alıb Bakıya döndüyü gün bizim üçün sevindirici gündür. Atəşkəsin pozulması nəticəsində həyatını itirən insanları rəhmətlə anırıq. Biz həmin hadisələri narahatlıqla qarşılamışdıq. Bildirmişdik ki, yaralanan hərbçilərin müalicəsi üçün bütün köməkliyi etməyə hazırıq. Nəticədə, üç qardaşımız müalicə üçün Türkiyəyə göndərildi. Bu addım bizim üçün böyük məsuliyyət və qürur idi. Çünki Azərbaycanın övladları bizim övladlarımızdır. İstərdik ki, belə hadisələr yaşanmasın, illərdir davam edən işğal sona çatsın, gənclər cəbhədə olmaq yerinə, ölkənin iqtisadi inkişafında öz dəstəklərini versinlər. Əlbəttə, bu bizim genimizdədir, vətən torpağına qəsd varsa, onun da qarşısına vətənpərvər gənclər çıxır”.

Qeyd edək ki, düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə yola salınmışdı.

Əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR