Ağcabədidə “VAZ” və traktor toqquşub, xəsarət alan var

Ağcabədidə “VAZ” və traktor toqquşub, xəsarət alan var
# 03 may 2015 00:41 (UTC +04:00)

Bakı-APA. Ağcabədidə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonunun Xocavənd kəndində (rayon mərkəzindən 9 km aralı) “VAZ” markalı minik avtomobili ilə traktor toqquşub. Nəticədə traktorun sürücüsü bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla traktordan çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR