Şabranda iki maşın toqquşub, bir nəfər ağır xəsarət alıb - VİDEO

Şabranda iki maşın toqquşub, bir nəfər ağır xəsarət alıb - <span style="color: red;">VİDEO
# 26 may 2015 07:15 (UTC +04:00)

Şabran. Vəli Turan - APA. Ötən gün axşam saatlarında Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun 131-ci kilometrliyində qeydə alınıb. 1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Balaqadaşov Rəşad Vaqif oğlunun idarə etdiyi 99 HS 520 dövlət nömrə nişanlı, “BMW” markalı avtomobillə 1965-ci il təvəllüdlü , Şabran rayon Gəndob kənd sakini Abbasov Bahadır Məhəmməd oğlunun idarə etdiyi “Mercedes” markalı, 90 CV 581 dövlət qeydiyyatlı avtomobil toqquşub. Qəza nəticəsində “BMW”-də olan sərnişin 1986-cı il təvəllüdlü, Şabran rayonu Gəndob kənd sakini Muradov Vidadi Ənvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR