Ağcabədidə "QAZ", Bakıda "Volkswagen" markalı minik avtomobilləri yanıb

Ağcabədidə "QAZ", Bakıda "Volkswagen" markalı minik  avtomobilləri yanıb
# 20 noyabr 2014 20:27 (UTC +04:00)

Bakı-APA. Ağcabədi və Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonu, Salmanbəyli kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilində yanğın baş verib. Nəticədə avtomobilin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bakının Binəqədi rayonunda isə vətəndaşa məxsus "Volkswagen" markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR