Azərbaycanın müdafiə sənayesi naziri Latviyanın müdafiə nazirini qəbul edib

Azərbaycanın müdafiə sənayesi naziri Latviyanın müdafiə nazirini qəbul edib
# 07 avqust 2014 15:11 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Avqustun 7-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Latviyanın müdafiə naziri Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin (MSN) fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə Azərbaycanla Latviya arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti MSN-in Elektron Hesablayıcı Maşınları zavodunda istehsal prosesinin gedişini izləyib, Nazirliyin müəssisələrində istehsal edilən məmulatlarla tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR