Azərbaycan banklarının xarici borclanması 10% azalıb

Azərbaycan banklarının xarici borclanması 10% azalıb
# 13 iyun 2016 09:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 381,2 mln. manat və ya 5,35% azalaraq 2016-cı ilin may ayının 1-ə 6 mlrd. 749,3 mln. manat təşkil edib.


Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin mart ayı ilə müqayisədə apreldə bankların xarici borclanması 686,1 mln. manat və ya 9,23% azalıb.

Ümumiyyətlə, 2015-ci ilin dekabrı ilə müqayisədə bu ilin aprelində bankların məcmu xarici öhdəliklərin həcmi 1 455,2 mln. manat və ya 17,74% azalıb.


Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2016-cı ilin mayın 1-ə 8 557,9 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 561 mln. manat və ya 1,71 dəfə çoxdur. Məcmu xarici aktivlərin həcmində bu ilin mart ayı ilə müqayisədə apreldə 569,6 mln. manat və ya 6,24%-lik azalma baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR