Səlim Müslümov: "Hər ailəyə 1000 manat məbləğində ilkin kompensasiya ayrılıb" - FOTOSESSİYA - VİDEO

Səlim Müslümov: "Hər ailəyə 1000 manat məbləğində ilkin kompensasiya ayrılıb" - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 19 may 2015 17:49 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün Binəqədi rayonunda yanmış binanın sakinlərinin yerləşdirilməsi ilə bağlı bildirib.

S. Müslümov deyib ki, hazırda sakinlərin siyahısı tutulur və onlar həmin sanatoriyaya göndərilir: " Ailələr yeməklə və geyimlə təmin olunacaq. Eyni zamanda hər bir ailəyə 1000 manat məbləğində ilkin kompensasiya ayrılıb. Prezidentin göstərişinə əsasən, zərərçəkmişlərin hər birinə yardım olunacaq”.

S. Müslümov qeyd edib ki, prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Dövlət Komissiyasının tərkibindəki nazirliklərin nümayəndələri hadisə yerindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR