Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb
# 08 iyun 2015 09:03 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 40-90, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, iyunun 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 455 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 283 m3/s olmaqla ongünlük normanın 47 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 141 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 167 m3/s təşkil edərək ongünlük normanın 85 faizinə bərabər olub.

İyunun 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 15, Şirvanda 18, Salyanda 5, Araz çayının Novruzlu məntəqəsində 20 sm azalma, Bankədə isə 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 316 sm (2014-cü il iyunun 08-də 338 sm), Şirvanda 183 sm (2014-cü il iyunun 08-də 191 sm), Salyanda 135 sm (2014-cü il iyunun 08-də 123 sm), Bankədə 213 sm (2014-cü il iyunun 08-də 198 sm), Araz çayının Novruzlu məntəqəsində isə 70 sm (2014-cü il iyunun 08-də 67 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR