Azərbaycanda toplanmış sığorta haqlarının 74%-i qeyri-həyat sığortasının payına düşüb

Azərbaycanda toplanmış sığorta haqlarının 74%-i qeyri-həyat sığortasının payına düşüb
# 19 noyabr 2015 13:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 280,4 mln. manatı və ya 74%-i qeyri-həyat sığortasının payına düşüb.

APA-Economics”in xəbərinə görə, bunu bu gün keçirilən ənənəvi brifinqdə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov deyib.

ASA rəhbərinin sözlərinə görə, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 3,5% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların 23,1%-i və ya 64,9 mln. manatı avtomobillərin icbari sığortasının, 21,6%-i və ya 60,7 mln. manatı tibbi sığortanın, 10,1%-i və ya 28,2 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 8,8%-i və ya 24,7 mln. manatı kasko sığortasının, 8,2%-i və ya 22,9 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, 28,2%-i və ya 79 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

10 ay ərzində sığorta ödənişlərinin 74,6%-ni və ya 104,4 mln. manatını qeyri-həyat sığortası təşkil edib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,4% azdır.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 40%-i və ya 41,8 mln. manatı tibbi sığortanın, 26%-i və ya 27,2 mln. manatı avtomobillərin icbari sığortasının, 19,5%-i və ya 20,3 mln. manatı kasko sığortasının, qalan 14,5%-i və ya 15,1 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,2 manatı ödəniş edilib. 2014-cü ilin ilk 10 ayında isə bu rəqəm 39,1 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR