Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 İyul - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 İyul - <span style="color: red;">VİDEO
# 10 iyul 2014 17:09 (UTC +04:00)

Makiavelliyə inansaq, siyasət hədəfə çatmaq üçün hər üsuldan istifadə etməyə imkan verir. Şərqli təfəkkürü bu yanaşmanı qəbul edə bilmir, çünki makiavelizmə görə məqsədə çatmaq üçün hətta qardaşı belə satmaq olar. Düzdür, Şərq tarixi hökmdarların hakimiyyət uğrunda mübarizələrdə bütün qohum - əqrəbasını qətlə yetirməsi misalları ilə doludur. Amma bu kimi faktlar Avropa tarixində də minlərlədir. Elə təkcə Lüdoviklərin tarixində neçə belə misal var. Amma Şərq təfəkkür və şərqli təfəkkürü ayrı-ayrı anlayışlardır. Şərqli təfəkkürünə görə, dostla sonadək dost olursan, dostluq mənfəət və zərərlə ölçülmür. Dar gündə dost yanında olmaq da şərqli təfəkkürüdür. Bu təfəkkür bəzən dövlət siyasəti səviyyəsinə belə yüksəlir, dövlətlərarası münasibətlərin əsasını təşkil edir. Azərbaycan və Pakistan arasında münasibətlər də şərqli təfəkkürünə əsaslanır. Bu da uzun illərdir özümüzə verdiyimiz Pakistan bizi niyə belə sevir sualının cavabı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR