Astarada itkin düşmüş gənc tapılıb - FOTO

Astarada itkin düşmüş gənc tapılıb - <span style="color: red;">FOTO
# 31 oktyabr 2015 16:22 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Astarada beş gün əvvəl itkin düşmüş 16 yaşlı oğlan tapılıb.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Rinə kənd sakini, 1999-cu il təvəllüdlü Şahid Kərəm oğlu Əzizov oktyabrın 26-da səhər saat 9:00 radələrində qoz yığmaq üçün meşəyə gedib və geri qayıtmayıb.

Faktla bağlı dərhal rayonun hüquq mühafizə orqanları məlumatlandırılıb. 10-cu sinif şagirdi olan Ş. Əzizovun axtarışına həmçinin kənd sakinləri cəlb olunublar.

Bu gün isə itkin düşməsi güman edilən Ş. Əzizov evinə qayıdıb.

İlkin versiya kimi, onun evdən getməsinə səbəb ailəsindən incik düşməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR