Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sorğuda birinci olub

Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sorğuda birinci olub
# 31 yanvar 2013 11:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. “Femida.az” Hüquq İnformasiya Portalı “facebook” səhifəsində (facebook.com/femidaportali) hüquq-mühafizə orqanları arasında hansı qurumun mətbuat xidmətinin daha yaxşı fəaliyyət göstərməsinə dair sorğu keçirib. APA-nın məlumatına görə, sorğuda əksəriyyəti jurnalistlər olmaqla ümumilikdə 73 nəfər iştirak edib. Sorğunun nəticələrinə görə, Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur digər hüquq-mühafizə orqanlarının müvafiq qurumlarını böyük səs fərqi ilə qabaqlayaraq birinci olub. E. Sultanov sorğuda iştirak edənlərin yarıdan çoxunun - 63 faizinin (46 səs) səsini qazanıb. Növbəti yerləri Milli Təhlükəsizlik Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Yol Polisi İdarəsi tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR